İbrahim Tatlısəsdən xoş xəbər

Türkiyəli müğənni yeni albom üzərində çalışmağa başlayıb

Türkiyəli müğənni İbrahim Tatlısəs yeni albom üzərində çalışmağa başlayıb. ANS PRESS-in məlumatına görə, 14 mart 2011-ci ildə silahlı hücuma məruz qalaraq başından güllələnən və sənətinə ara vermək məcburiyyətində qalan "İmperator" yenidən yeni disk üzərində çalışmağa başlayıb.

Studiyada səs yazan zaman çəkdirdiyi fotonu sosial şəbəkədə pərəstişkarları ilə paylaşaraq məşhur müğənni altından bu sözləri yazıb: "Bəli bəylər studiya işlərinə artıq başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31