Tolikdən Röyaya cavab
Prodüser Röyanın mesahibələrindən birində onun haqqında danışmağa sərt qadağa qoymasına münasibət bildirdi
2 Oktyabr 2013 18:09 MədəniyyətProdüser Tolik müğənni Röyanın mesahibələrindən birində onun haqqında danışmağa sərt qadağa qoymasına münasibət bildirdi.
ANS PRESS-in məlumatına görə, produser bu barədə şəxsi İnstaqram səhifəsində yazıb:
"Röya, məndən şikayət edəcəksən, canın sağ olsun. Görüm hansı qanunla mənim ağzıma qıfıl qoyacaqlar. Mən sənə zəng vuranda heç vaxt "qurban olum" deməmişəm. Hörmətli Röya, nəzərinə çatdırım ki, Azərbaycan Respublikasının konstitusiyasının tələbinə görə, hər bir vətəndaşın söz azadlığına ixtiyarı var. Əgər orada təhqir yoxdursa, heç bir dövlət qurumu buna məhdudiyyət qoya bilməz. Ona görə də nəzərinizə çatdırıram ki, sizin qədər respublikada tanınmış sima olduğum üçün siz və digər müğənnilərin sənətini müzakirə etməyə haqqım var. P.S. "Süd verdiyiniz Tolik ".