Məşhur müğənni xərçəng xəstəliyinə tutuldu
"İkiqat mastektomiya əməliyatından keçdim, hazırda vəziyyətim yaxşıdır"
2 Oktyabr 2013 21:01 MədəniyyətAmerikalı məşhur müğənni Anastasia əməliyyat olunub. ANS PRESS-in məlumatına görə, məşhur müğənni Ancelina Colidən nümunə götürərək, cərrahiyyə əməliyyatı ilə süd vəzilərini götürüb.Müğənni əməliyyat olunmasının səbəbini xərçəng xəstəsi olmağı ilə izah edib: "Bu il mənə ikinci dəfə xərçəng diaqnozu qoydular. Mən ikiqat mastektomiya əməliyatına məruz qaldım, hazırda vəziyyətim yaxşıdır".Pop-diva həmçinin bildirib ki, pərəstişkarlarının sayəsində özünü əla hiss edir və yeni həyata başlamaq əzmindədir: "Xəstəliyi tez aşkar etdik. Bu mənim həyatımı ikiqat xilas etdi".Anastasiada ilk dəfə xərçəng xəstəliyi 2003-cü ildə aşkar edilib. Həmin zaman kimyəvi terapiya yolu ilə qorxunc xəstəliyin qarşısı alınmışdı.
Xatırladaq ki, bir müddət əvvəl məşhur aktrisa Ancelina Coli də eyni diaqnozla əməliyyatdan keçməyə məcbur olmuşdu.44 yaşlı amerikalı pop-diva Anastasia bir neçə platin albomun müəllifidir, albomlarının ümumi tirajı isə 40 milyondan çoxdur.
Qeyd edəki, Anastasianın boyu balaca olduğuna görə, onu çox vaxt "böyük səsli balaca ledi" adlandırırlar.