“Odlar yurdu” foto müsabiqəsi başladı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" foto müsabiqəsini elan edir.
Müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur.
Müsabiqənin keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.
Müsabiqəyə fotolar 30 oktyabr  tarixinədək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər.
Qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Ən yaxşı işlər 20-24 noyabr 2013 tarixində Nizami Kino Mərkəzində sərgilənəcək. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31