Röya "Tolikə süd vermişəm..."

“Mən də bir vətəndaş kimi şikayət yazım ki, bu kimi insanlar adımı çəkməsinlər"

Röya Ayxan keçmiş prodüseri Tarix Əliyevə (Tolik) sonuncu dəfə sərt xəbərdarlıq etdi. ANS PRESS-in məlumatına görə, müğənni sonuncu konserti zamanı verdiyi müsaibələrindən birində prodüserə onun haqqında danışmağa qadağa qoyub: "Unutmasınlar ki, hamı üz-üzə gəlir. Ona görə də demək istəyirəm ki, sussunlar. İstəyir, müğənni olsun, istəyir işçi olsun, istəyir yerindən duran olsun, lap elə Tolik olsun hansı ki, süd vermişəm... Bu açıqlamanı səmimi qəbul edin. Danışmağa ixtiyarım var, neçə aylardır susuram. Qoy hamı danışığına fikir versin. Efirdən sonra zəng vururam ki, başa düşmürəm, bu nə sözdü deyirsən? Deyir elə deməmişəm. Kimsə yanımda deyilsə, bunu acıqlı qəbul etməsin. Məni görəndə deyirlər ki, sənə qurban olum, mənim hər şeyimsən, salam sağ ol. Iki gün sonra radioya zəng vurub ağzına gələni danışır. Bu kimi insanlar mənim adımı çəkməsinlər. Mən nəyisə pis-yaxşı edirəmsə, bunu düzgün müzakirə etməliyik acığa olmaz. Mən əziyyət çəkən xanımam kimsə mənə maya buraxmayıb, təzə başlayanda fonoqram konsertlər verməmişəm" deyərək,onun barəsində danışanlara sərt ismarıc yolladı.

Daha sonra isə sevilən müğənni Röya bildirib ki, onun adını çəkənləri şikayət edəcək:

"Mən də bir vətəndaş kimi şikayət yazım ki, bu kimi insanlar adımı çəkməsinlər. Əgər mən nəyisə pis-yaxşı ərsəyə gətirirəmsə, bunu düzgününə müzakirəyə qoysunlar. Acığa yox...".

Müğənni bildirib ki, kimsə ona maya buraxmayıb, bu günə gəlməyi üçün. Səhnələrə təzə çıxmağa başlayanda fonaqram konsertlər verməyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31