Bakıda Caz festivalı keçiriləcək
1 Oktyabr 2013 17:12 Mədəniyyət23 oktyabr-2 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək. Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31