Ədalət Əsgəroğlu ölümündən öncə niyə əsəbiləşib?

Dünən gecə dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ölümündən 2-3 gün əvvəl möhkəm əsəbiləşib. Lent.az-ın məlumatına görə, bu barədə şair Dayandur Sevginin kulis.az-a açıqlamasında bildirib. "Mərhumun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşmüşdü. Bizim otaqlarımız bir-birinə yaxın idi. Otağımdan Ədalət müəllimin səsini eşitdim. Tanımadığım bir nəfərə başa salmağa çalışırdı ki, o şəkər xəstəsidir, ondan əl çəksinlər, narahat etməsinlər. Hətta baş daşının hazır olduğunu, özünə məzar yeri seçdiyini də deyirdi".
Şəkər xəstəsi olan Ədalət Əsgəroğlu dünən gecə insultdan keçinib.


Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31