Lətifə Soyuözun yeni layihə üzərində çalışır

Vokal ifaçısı Lətifə Soyuözun adı məhkəmə mövzusunda hallansa da o ruhdan düşməyib yeni layihə üzərində çalışır. Müğənninin "Olaylar"-a verdiyi məlumata görə, o, köhnə komandası ilə birgə fərqli iş nümayiş etdirəcək. İfaçı komandasını başına yığaraq klipin ilk detallarını müəyyən edib: "Çox fərqli və heç kimin ağlına gəlməyəcək layihədir. Çalışırıq ki, hər şey yüksək səviyyədə olsun. Bu layihəyə görə çox narahatam. Çünki heç bir qusur olmamalıdır. Əminəm ki, biz komanda olaraq çox yaxşı iş göstərəciyik"-deyə ifaçı bildirib.  Layihənin bir hissəsi yeni klipdən ibarət olacaq. Hələ dinləyicilərin ixtiyarına buraxılmayan mahnıya çəkiləcək klipin rejissoru daha öncə Lətifənin "Hədəf" klipini ekranlaşdıran Anar Hüseynov olacaq: " "Hədəf" klipi çox orijinal idi. Hələ də tamaşaçılar tərəfindən danışılır. Üstəlik xarici ölkələrdə də klipə maraq göstərirlər. O cür uğurlu layihədən sonra növbəti iş ərsəyə gətirmək bir az çətindir. Çünki bu, "Hədəf"dən də yaxşı olmalıdır. "Hədəf"dən daha yaxşısı isə fikrimcə hər bir rejissor üçün çətin olar"-deyə Anar əlavə edib.  Bu dəfə də Lətifənin geyimi üzərində tanınmış modelyer Renat Ramazanov çalışacaq: "Latifənin xarici görünüşündə müəyyən dəyişikliklər edəcəyik. Amma bu yalnız onun geyim tərzində olacaq. Çünki onun çox gözəl üz cizgiləri və saçları var. Bu gözəlliyi tamamlamaq üçün sadəcə daha uyğun seçilmiş geyim lazımdır. Lətifənin də fikirlərindən istifadə edərək həm kübar həm də sadəcə libaslar hazırlanır"- deyə Renat Ramazanov deyib.  Qeyd edək ki, Lətifənin söz açdığı yeni layihə oktyabr ayında işıq üzü görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31