Nadir Qafarzadənin Rusiyadakı oğlu üzə çıxdı VIDEO
Müğənni ilə gəncin oxşarlığı hər kəsi şoka salıb
27 Sentyabr 2013 19:03 MədəniyyətPopulyar müğənni Nadir Qafarzadənin Rusiyadakı oğlu üzə çıxdı. ANS PRESS-in məlumatına görə, müğənninin Yaşıl Teatrda baş tutan konsertində "Sən bir mələksən" adlı konsertində maraqlı anlar yaşanıb. Konsertin ən təsirli məqamı isə Nadirin Rusiyada yaşayan oğlunun atasının konsertinə gəlməsi oldu.
Nadirin gizli oğlunu Lider TV-nin Pərdə proqramı danışdırıb. Gənc oğlan Nadirə olan sevgisini belə bildirib: "O, məni unutsa da mən heç vaxt onu unutmaram. Hər zaman sevəcəm, hər zaman onun varlığı ilə yaşayacam. Ona nə isə bir şey olsa. mən də həyatdan yox olaram. Nə qədər ki, o, həyatda var, mən də varam."
Nadirlə gənc oğlanın xarici bənzərliyi isə hər kəsi şoka salıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31