Zaur canlı yayımdakı qalmaqaldan nə danışdı
27 Sentyabr 2013 05:11 MədəniyyətBu barədə Axşam.az məlumat yayıb. 106.3 FM-də yayımlanan "Müleyli" şousuna qonaq olan Z.Baxşəliyev aktrisanın ona qarşı hörmətsizlik etdiyini bildirib: "Mehriban xanımdan o hərəkəti gözləmirdim. Məsələ ilə bağlı heç bir açıqlama vermədən studiyanı tərk etdi. Bu mənə qarşı hörmətsizlik idi. Verilişdə Namiqi milyonların sevgisini qazanmış sənətçi kimi təqdim etdim.Bu isə Mehriban xanımı əsəbiləşdirdi ki, mən ondanda çox sevilirəm. Verilişdən sonra aktrisa ilə əlaqə saxlamağa çalışdıq. Onun cavabı isə belə oldu: "Etdiyim hərəkətin cinayət tərkibli olduğunu bilirəm, buna görə cavab verməyə də hazıram".Bu cür bir hərəkətə haqq qazandırmaq olmaz. Biz qanunları olan dövlətdə yaşayırıq. İki sənət insanı arasında bu cür halın yaşanması xoşagəlməzdir. Hələ təhdid etmək heç düzgün deyil".Xatırladaq ki, hadisələr Z.Baxşəliyevin ATV telekanalında yayımlanan "Ümid var" verilişində baş verib.