Polşada “Koroğlu” dastanı nəşr edilib
26 Sentyabr 2013 21:08 MədəniyyətPolşada "Azərbaycan eposları" seriyasından "Koroğlu" dastanı nəşr edilib. AZADİNFORM xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, arxitekturası, tarixi, eposları, mətbəxinə dair "Azərbaycan-Polşa seriyaları" adı altında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır. Azərbaycanın Varşavadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində "Azərbaycan eposları" seriyasından "Koroğlu" dastanı İSBN kodu ilə nəşr olunub, ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31