Məşhur aktyor 11 illik həyat yoldaşından ayrılır

Riçard Gir Keri Louellə boşanmaq qərarına gəlib

Məşhur Hollivud ulduzu Riçard Gir və həyat yoldaşı Keri Louell boşanmaq qərarına gəliblər.  ANS PRESS-in verdiyi məlumata görə, 11 il birgə ömür sürən cütlüyün boşanması barədə onların yaxın dostu məlumat verib. Uzun zamandır Riçard və Kerinin birlikdə görünməməsi hər kəsdə şübhə doğururdu. Sonuncu dəfə 2012-ci ildə "Arbitrage" filminin premyerasında bir araya gələn sevgililər, hətta Nyu Yorkdakı villalarını da 65 milyon dollara satışa çıxarıblar.

Xatırladaq ki, Riçard Gir və Keri Louell 2002-ci ildə ailə həyatı qurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31