Atatürk Mərkəzindən iki yeni nəşr
26 Sentyabr 2013 17:51 MədəniyyətAzərbaycanda Atatürk Mərkəzi iki yeni nəşr çap edərək oxucuların ixtiyarına verib. "OLAYLAR"-a daxil olan məlumata görə, mərkəzin üç ayda bir yayınlanan bülletenində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi görüşləri, Türk Dünyasının fərqli coğrafiyalarında yaşanan tarixi və güncəl olaylar haqqında materiallar, portret yazıları, yeniliklər, araşdırma materialları və yeni nəşrlər barədə bilgilər verilib. Bundan başqa mərkəz Aysel Qəriblinin "Azərbaycan dili qloballaşan dünyada" kitabını da çap edib. Kitabda Azərbaycan dilinin qloballaşma ortamında imkanları və zamanın tələblərinə uyğun olaraq istifadəsi kimi məsələlər tədqiqat obyekti olaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31