9 ayda Qubaya 40 minə yaxın turist gəlib

Bu ilin 9 ayında Qubaya gələn turistlərin sayı 40 minə yaxındır ki, onların da 6 mini əcnəbi qonaqlardır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15-20% çoxdur. RTV.AZ-ın məlumata görə, turistlərin ən çox üz tutduğu məkanların arasında Quba-İspik-Xınalıq və Quba-Afurca Qonaqkənd istiqamətləri ilk yerdədir.

Hazırda Qubadakı turizm obyektləri qış mövsümünə hazırlaşır. Çünki rayona qış fəslində istirahətə gələn şəxslərin sayı heç də az deyil.Elə bu səbəbdən obyektlərdə istilik sistemləri yenilənir, ərzaq tədarükü görülür.Azərbaycanın turizm potensialına görə öndə gələn bölgələrindən olan Qubaya yeni il ərəfəsində daha çox turistin gələcəyi gözlənilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31