"Eurovision"un qalibi həyat yoldaşının istəyi ilə 9 kq kökəldi

Ruslana çəkisini 43 kq-dan 52 kq-a qaldırıb

Gözəlliyi ilə yanaşı ifası həm də rəqsləri ilə Ukraynada sevilən Ruslana hər kəsi təəcübləndirdi. ANS PRESS-in verdiyi məlumata görə, "Eurovison 2004" mahnı müsabiqəsinin qalibi 9 kilo kökəlib. Bir çox məşhurlar arıqlamaq üçün hər vasitəyə əl atsa da, Ruslana bunun tam əksini edib. Müğənni 9 kiloqram kökələrək çəkisini 43-dən 52 kiloqrama qaldırıb. Müğənninin prodüseri eyni vaxtda həyat yoldaşı olan Aleksandr Ksenofontov onun yeni görünüşündən razı olduqunu bildirib. İfaçı belə addım atmasını həyat yoldaşının istəyi ilə yanaşı, həkimlərin məsləhəti ilə də əlaqəndirib. O, sağlamlığı üçün bunun zəruri olduğunu söyləyib. Müğənni müntəzəm olaraq idmanla məşğul olduğunu da sözlərinə əlavə edib.  anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31