Məleykə Əsədova kökəlmək istəyir

Xalq artisti Məleykə Əsədova səhnəmizin baxımlı olan sənətçilərindən biridir. Aktrisa Axşam.az saytına açıqlamasında son vaxtlar çox arıqladığını və kökəlmək istədiyini deyib: "Heç vaxt pəhriz saxlamıram. Vaxtlı-vaxtında yeyirəm. Meyvəni çox sevirəm. İdmanla məşğul olmuram.
Sadəcə, çox hərəkətliyəm. Yeyib yatmıram, teatra gedirəm, qızımın tərbiyəsi ilə məşğul oluram. Bütün günümü onun işlərinə həsr edirəm.
Hazırda çox arıqlamışam, 57 kiloqram olmuşam, boyum isə 170-dir. İstəyirəm 60 kiloqram olum". Heç vaxt üz baxım vasitələrindən istifadə etmədiyini deyən aktrisa gənc qalmasını söz-söhbətdən uzaq həyat yaşamasına borclu olduğunu deyib: "Bilrisiniz ki, qalmaqallardan kənar insanam. Heç vaxt həyatımda söz-söhbət olmasına imkan yaratmıram. Qızımla uşaq dünyasında yaşayıram: parkları gəzirəm, uşaq əyləncə mərkəzlərinə gedirəm.
Cavan qalmağımın səbəbi də elə budur. Çünki mənim salonlara gedib, masaj, maskalar etdirməyə vaxtım olmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31