Seda Sayanı 4 il həbs gözləyir
26 Sentyabr 2013 20:03 MədəniyyətTürkiyənin məşhur müğənnilərindən biri Seda Sayanın müğənni, "Ankaralı Turqut" kimi tanınan Turqut Karataşı təhqir etməsiylə bağlı suçlandığı məhkəmə prosesi davam edir. Prosesdə şahid qismində teleaparıcı Ece Erken ifadə verib. Milli.Az AHT-yə istinadən bildirir ki, Ece Erken ifadəsində bildirib: "Həmin gün Ankaralı Turqutu proqramına dəvət etmişdi. O, studiyada, yanımda idi. Proqramın başlanmasından az sonra Seda Sayan studiyaya gəldi və Turquta söyməyə başladı.
Proqram canlı yayımda olduğu üçün verilişi dayandırmalı olduq. Az sonra proqramın baş koordinatoru Osman Gökçek mənimlə əlaqə saxladı, "xahiş edirəm, Turqut bəyi studiyadan çıxaraq" dedi. Proqramı təkbaşıma davam etdirdim".
Turqut Karataşın prodüseri Emir Can Ata isə ifadəsində bildirib ki, studiyadakı olaydan sonra polisə zəng vurublar və yalnız polis gələndən sonra telekanalı tərk ediblər.
Seda Sayanın 4 il müddətinə azadlıqdan məhrum olunması istənilir.