Tahir Salahovun əsərlərinin sərgisi keçiriləcək

Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, oktyabrın 1-də baş tutacaq  ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərindəki əsərləri nümayiş olunacaq. Onların sırasında Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mistislav Rostrapoviçin portretləri, "Aydan", "Səhər.Abşeron", "Koroğlu" tabloları, Abşeron triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası"  və digər məşhur əsərləri də var. Sərgi noyabrın 6-dək davam edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31