Tolikin yeni 90 minlik avtomobili - FOTO

Maşını almaqda ona bir xanım maddi kömək olub

Prodüser Tolikin yeni avtomobil alıb. ANS PRESS-in məlumatına görə, prodüser yerli telekanallardan birində yayımlanan verlişdəki açıqlamasında "Porsche Panamera" markalı maşını almaqda ona bir xanımın maddi kömək etdiyini bildirib.
Həmin şəxsin adını sirr saxlayan Tolik onun müğənni Sevda Yahyayeva olmadığını vurğulayıb:
"Sevdanın ayağı mənə düşərli oldu. Avtomobilimi dəyişdim, qiyməti 90 min dollardır. Kreditdir, öz evim olduğu üçün, aylıq vermək çətin deyil. Pulun bir qismini tanınmış bir xanım mənə hədiyyə edib. Bu Sevda deyil, mediadan bir nəfərdir. Çalışıram gördüyüm işlərin müqabilində addım atım. Qoy, desinlər ki, Tolik buna deyər. İstəyirəm görsünlər ki, dilim varsa, dilçəyim də var".

Qeyd edək ki,həmin bu Maşından şou-biznesdə ancaq Xatirə İslamda var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31