Məşhur müğənni səhnəyə uyuşdurucu qəbul edərək çıxdı və...
25 Sentyabr 2013 20:31 MədəniyyətRiannanın Sinqapurdakı konsertində olay yaşanıb. Milli.Az AHT-yə istinadən xəbər verir ki, konsert gününü böyük həyəcanla gözləyən heyranları Riannanın performansından pərişan olublar. Oxumağa başladıqdan bir neçə dəqiqə sonra fanatlar Riannanın mahnıları canlı ifa etmədiyini anlayıblar. Sosial şəbəkələrdə, müğənninin Twitter səhifəsində öz fikirlərini bölüşən izləyicilər bildiriblər ki, Rianna bütün mahnıları fonoqramla oxuyub, sadəcə ağzını tərpədərək hamını aldadıb. Jurnalistlər iddia edirlər ki, səhnəyə çıxan müğənni çoxlu uyuşdurucu və spirtli içki qəbul etdiyi üçün özündə olmayıb və bu səbəbdən də fonoqram oxumaq məcburiyyətində qalıb. Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31