Məhkəmə Təranə Qumralı 10 min cərimələdi

Buna səbəb müğənninin Cabbar Musayevin həyat yoldaşı və gəlininə “əxlaqsız” deməsidir

Nərimanov rayon Məhkəməsi müğənni Təranə Qumralı 10 min manat cərimələyib. Bu barədə vəkil Elxan Abbasov məlumat verib. Vəkilin sözlərinə görə, müğənni və bəstəkar Cabbar Musayevin həyat yoldaşı və gəlininin şikayəti əsasında Nərimanov Məhkəməsi belə qərar çıxarıb. Vəkil bildirib ki, Təranə Qumralın C.Musayevi nəzərdə tutaraq, mətbuatda səsləndirdiyi "əxlaqsız onun həyat yoldaşı və gəlinidir" sözlərinə görə hər iki tərəf onu məhkəmə vermişdi. Nərimanov Məhkəməsi isə iddiaçı tərəflərin şikayətini qəbul edib və T.Qumralın C.Musayevin gəlini və həyat yoldaşına ayrı-ayrılıqda 5 min manat ödəməsi barədə qərar çıxarıb.
Vəkilin sözlərinə görə, iddiaçı tərəflər Təranə İbrahimovanın onların şərəf və ləyaqətini ləkələdiyini bildirib. Qərara görə, T.Qumral, həmçinin, mətbuatda səsləndirdiyi fikirləri təkzib etməlidir.
Məhkəmə bu barədə qərarı sentyabrın 20-də çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31