Azərbaycanlı əkizlər "O Ses Türkiyə"-yə qatıldılar VIDEO
Sevil və Sevinc bacıları oxuduqları mahnı ilə münsiflər heyətini heyran ediblər
25 Sentyabr 2013 12:56 MədəniyyətÖlkəmizdə yarışmalardan birində iştirak edən əkiz bacılar bu dəfə Türkiyədə bir çox layihələrə imza atan Acun Ilıcalının apardığı "O Səs Türkiyə" proqramının ötən günkü buraxılışında Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc çıxış edib.
ANS PRESS-in verdiyi məlumata görə, Sevil və Sevinc bacıları oxuduqları mahnı ilə münsiflər heyətini heyran ediblər və hər kəs tərəfindən bəyəniliblər.
Münsif kürsüsündə əyləşən Ebru Gündəş, Murat Boz və Hadisə qızlar üstündə əsl rəqabətə giriblər.
Azərbaycanlı əkiz bacıların seçimi isə Ebru Gündəş olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31