Cazibədar müğənnidən ismarıc- VIDEO

Gənc və cazibəli müğənni Afaq Aslanın yaradıcılığında daha bir yenilik var. Müğənninin -a verdiyi məlumata görə, o, daha öncə ifa etdiyi və ilk albomunun adını daşıyan "Sənə görə" mahnısının remiks versiyasını hazırlayıb. O, sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus "Sənə görə" mahnısını Türkiyədə yenidən aranjeman etdirib və fərqli remiks variantı hazırlanıb. İfanın yeni formasını isə bir çox türk ulduzları ilə çalışan musiqiçi Erhan Bayrak işləyib. Afaqın sözlərinə görə, o, mahnının məhz remiks variantına klip çəkdirməyə hazırlaşır: "Bir çox tamaşaçılar bundan öncə çəkdirdiyim "Aysan gecələrimdə" klipimi qınadılar. Geyimimə görə məni az qala xalq düşməni etməyə hazır idilər. Bununla da bəzi düşmənlərim sənətdən getməyimə nail olmaq istəyirdilər. Ancaq burdan səslənib onlara demək istəyirəm ki, məni heç nə ruhdan sala bilməz. Çəkdirmişəm və indidə yenisini çəkdirəcəyəm. İncəsənət də gözəllik kimi qurban tələb edir. Növbəti klipim də çox müzakirə olunacaq".

Müğənninin "Sənə görə" mahnısını remiks versiyasını aşağıdakı linkdə dinləyə bilərsiz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31