“İçərişəhər”də “açıq qapı” olacaq
24 Sentyabr 2013 14:08 Mədəniyyət"Ümumdünya turizm günü"nün qeyd olunması münasibəti ilə aidiyyəti dövlət qurumlarının, rayon mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə 27 sentyabr tarixində "Fairmont Baku" mehmanxanasında Ümumdünya Turizm Gününə həsr olunan konfrans və müxtəlif təqdimatlar keçiriləcək.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək. "Ümumdünya turizm günü"nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31