Moldavalı rəssamlar Azərbaycanı çəkəcəklər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Moldovadakı Səfirliyin təşkilatçılığı ilə  4 nəfər Moldova rəssamı Azərbaycana yaradıcılıq səfərinə gəlib. 
Səfər zamanı Moldova rəssamları azərbaycanlı rəssamlarla birlikdə Bakı və otun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Tədbirin sonunda "Qalereya 1969" Qalereyasında birgə yekun sərgi keçiriləcək.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2012-ci il 26 aprel tarixli üçüncü iclas Protokoluna əsasən təşkil olunur.
Səfər  sentyabr ayının 30-dək davam edəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31