DAK rəhbərliyi İlhamə Quliyevanı yalançı adlandırdı

Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi müğənni İlhamə Quliyevanin Dünya Azarbaycanlıları Konqresi təşkilatının səlahiyyətli nümayəndəsi olması barədə məsələyə sərt reaksiya verib. Konqres sədri Mirəşrəf  Fətiyevin  "OLAYLAR"a verdiyi açıqlamada deyilir ki, Dünya Azərbaycanlilari Konqresi təşkilatını 1997-ci ildə ABS-da Güney Azarbaycandan (indiki Íran Íslam Respublikasinin ərazisi ) Mühaicirət etmiş azərbaycanlilar qurub: " Bu qurumun əsas məqsədi dünyada yasayan azərbaycanlıları birləşdirmək olsa da, bu ali məqsədə hələ də nail olmamışıq. Hazırda DAK müxtəlif  xarici dövlətlərdə və o cümlədən Azərbaycanda milli maraqlari ifadə edən bir ictimai qurum kimi fəaliyyət göstərir. Azərbaycan vətəndaşı İlhamə Quliyevanin özünü bu təşkilatin madəniyyət akademiyasının prezidenti kimi

təqdim etməsi emosiyadir".

DAK sədri bildirib ki. Mədəniyyət Akademiyası adlı orqan DAK-ın heç bir qurultayında yaradılmayıb. Bundan başqa, İlhamə Quliyeva DAK-in 1997-ci ildən bu günə kimi keçirilən heç bir qurultayında bu vəzifəyə təyin edilməyib və seçilməyib: "İlhamə Quliyeva DAK tədbirlərinə peşəkar müğənni kimi dəvət edilib".

Təşkilat sədri bildirib ki, DAK-ın hansısa bir səlahiyyətli nümayəndəsinin qeyri-rəsmi şəkildə İlhamə Quliyevaya ad verməsi ona haqq vermir ki, özünü faktiki mövcud olmayan akademiyanin prezidenti kimi təqdim etsin.

Məsələyə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı da münasibət bildirib və İlhamə Quliyevanın yalan danışdığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31