“Tək Star”ın qalibi ona tamaşaçının göndərdiyi 15 mini ala bilməyib

Bir müddət əvvəl Türkiyə və Azərbaycanın müştərək keşirdiyi "Tək star" müsabiqəsinin qalibi olan gənc müğənni Fariz İsmayılov bəzi insanların zərbəsinə tuş gəlib. Beləki müsabiqə bitən zaman ona kənardan tamaşaçı tərəfindən göndərilən 15 min manat efirdə elan olunsa da, sonradan qalibə təqdim edilməyib. Sənətinin inkişafında həmin məbləğin ona gərək olacağını düşünən qalib Fariz İsmayılova pula sahib ola bilməyib. Belə bir iddia ilə çıxış edən gənc ifaçı zəhməti ilə sənətinin inkişafına çalışdığını bildirib. Azər Şirinin sözlərinə Cəmilin bəstələdiyi "Bu qəlbimdir" mahnısını repertuarına daxil edən F.İsmayılov publikaya həvəsdən düşmədiyini göstərir. O, mahnını hazır edib, Youtube kanalına yerləşdirəndən sonra dinləyiciləri səsini Tarkana bənzətdiyini iddia edib. İfaçı isə öz növbəsində Türkiyənin meqastarının öz adının yanında hallandırılmasından məmnun qaldığını bildirməklə, məsələyə "OLAYLAR" vasitəsilə aydınlıq gətirib: "Əslində, bu, mənim öz dəsti-xəttimdir. Yəni Tarkanı yamsılamamışam. Səsimizdə oxşarlıq var. Bunu səhnədən eşidən bir neçə sənətçilərimiz də deyib. Hətta mənə Azərbaycanın Tarkanı da deyiblər. Amma mən Vətənimin Fariz İsmayılovu olmaq istəyirəm. Tarkan qədər ətrafımda peşəkar heyət olarsa, potensialımı yetərincə sərgiləyə bilərəm. Səsimdə yamsılama iddiasına gəlincə, yəqinki dəyərli dinləyicilər belə bir şeyin olmadığına zamanla alışacaq". http://www.youtube.com/watch?v=-woyPApFhUQ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31