Ayan Elçin İmanovla yenidən bir araya gəldi
24 Sentyabr 2013 14:00 Mədəniyyətİki ay öncə babasını itirən müğənni Ayan Babakişiyeva məlum səbəbdən palnlaşdırdığı sənət işlərində fasilə yaratmışdı. Yeni mahnılara dinləyici tələbatını nəzərə alan sənəçimiz bu mövsümdə layihələrinə start verdi. Onun repertuarını yenidən ilk müəllimi, bəstəkar Elçin İmanovun mahnıları bəzəyəcək. Bu, sənətçilərin 4 illik fasilədən sonra növbəti əməkdaşlığı hesab olunur. "Bu ərəfədə, Xanım İsmayılqızı, Aygün Bəylər, Kamal, Faiq Sücəddinov kimi dəyərli insanların mahnılarını səsləndirdim. Repertuarda bir qədər dəyişiklik zərurəti yarandı. Elçin İmanov mənim sənətimin təməlini qoyan bir insandır. İfa üslübümda onun dəsti-xətti hər zaman özünü göstərib. Bəstəkarla işbirliyimizin davamı mütləq olmalı idi. Hazırda iki mahnı hazırlıq prosesini keçir. Bunlardan biri mütləq ekrah həllini tapacaq" - deyən Ayan xanım növbəti layihəsindən "OLAYLAR"a söz açdı. Bildirdi ki, bu həftənin 5-ci günü böyük heyətlə Gəncəyə yola düşür: "Musiqisi Emin Sabitoğlu, sözləri Əhməd Cavada məxsus olan "Gəncə" mahnısı 25 nəfərlik heyətin birgə zəhməti sayəsində ekranlaşdırılacaq. Gözəl güşəmizin inkişafını, gözəlliklərini bu klipə sığdıracıq. Səfərimiz 3 gün davam edəcək. Onu da qeyd edim ki, bu, unudulmuş bir mahnıdır". Paralel olaraq disk hazırlığına başlayan sənətçi xanım bura yeni mahnılarının daxil edilməyəcəyini söylədi. Yeni repertuarını genişləndirən sənətçi növbəti ifasının Xanım İsmayılqızı bəstəsi olacağını sözünə əlavə etdi. Bütün bunlar mərhələli şəkildə publikaya təqdim ediləcək.