III Beynəlxalq Kitab sərgisi keçirilir

Ötən gündən etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr edilən III Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçirilib. Üç gün ərzində keçirilməsi planlaşdırılan sərgidə bir çox kitabların satışı ilə yanaşı nümayişi də təşkil edilib. Sərgidə elmi dərsliklər, müxtəlif hazırlıq materialları, həmçinin əcnəbi ölkələrin nəşrləri nümayiş olunub. Uşaq ədəbiyyatı, jurnalları, kulinariya tipli mətbu nəşrlər, o cümlədən Azərbaycanın milli musiqi alətləri sərgi iştirakçılarına təqdim edilib. Yerli kitab sevərlərlərlə yanaşı əcnəbilərin də diqqətini çəkən sərgidə Qazaxıstan, Özbəkistan, İran və digər ölkələrə məxsus nəşrlər alıcılara təqdim edilib. Mirzə Fətəli Axundov adına Milli Kitabxananın işçisi Nəbiyeva Vəfa kitabxanaya təqdim edilən əcnəbi nəşrlər haqda məlumat verib: "Sərgidə nümayiş olunan kitabların bir qismi Milli Kitabxanaya hədiyyə edilib. Sərgi kitab sevərlərin diqqət mərkəzindədi. Hazırda rəflərimizdə Rusiya, Türkiyə, Qazaxıstan, Latviya, Litva və bir çox ölkələrdən göndərilən kitablar nümayiş olunur". Kitab yarmarkası balacaların da diqqət mərkəzində olub. 7 yaşlı Aynur oxuduğu yenicə seçdiyi kitabı ilk baxışdan çox bəyəndiyini deyir: "Çəkilləri maraqlıdı. Əlvan olduğu üçün anam mənə bu kitabı aldı". Sərgidə "Ans Press Nəşriyyat evi", "Hədəf nəşrləri", "Bakumoz Books", "Ali and Nino nəşrləri", "Qanun nəşriyyat"ı və digər nəşriyyatların kitab və jurnalları nümayiş edilib.  evinin nəşrləri alıcılara təqdim edilib. Gənc Tamaşaçılar Teatrının önündə üç gün keçirilməsi planlaşdırlan yarmarkanın nümayişi sabah sona çatacaq. ( "OLAYLAR" İA)

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31