“Vətəni sevməyən insan olmaz”
24 Sentyabr 2013 12:30 MədəniyyətSentyabrın 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad Hərəkatçılar" İctimai Birliyinin həyata keçirdiyi "Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsi" qaliblərinin nümunəvi çıxışları əsasında hazırlanmış "Vətəni sevməyən insan olmaz..." adlı musiqili ədəbi axşam keçirilib. Tədbirdə musiqi qalibləri ilə yanaşı Ağdam rayonunun "Qarabağ bülbülləri" ansamblının ecazkar səsə malik gənc ifaçılarının çıxışları da dinlənilib("OLAYLAR" İA).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31