I Payız məktəbi açılacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 24-27 sentyabr tarixində keçiriləcək memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbinin təntənəli açılış mərasimi keçiriləcək. Nazirliyin məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Memarlar İttifaqının nümayəndələrinin çıxışları nəzərdə tutulub. 
Layihənin ilk günü keçiriləcək nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu idarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun, Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatların nümayiş etdirilməsi planlaşdırılıb.
Təlimlərdə iştirak etmək məqsədilə Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral tarix və incəsənət muzeyinin tədqiqatçısı Aleksandr Turovets ölkəmizə səfərə dəvət edilib. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31