Bir ildə 95 milyon qazanan cütlük

"Forbes" dərgisi sorğu apararaq, dünyanın ən çox qazanan məşhur cütlüyünü müəyyən edib. Axşam.az-ın məlumatına görə, siyahıda birinci yerdə müğənni Beyons və həyat yoldaşı Cey Z-nin adı yer alıb. Cütlük bir il ərzin konsertlərdən, albomlardan və Beyonsun adına olan ətir, geyim brendindən 95 milyon dollar qazanıb.
Siyahının ikinci sırasında isə amerikalı futbolçu Tom Bredi və model həyat yoldaşı Gizela Bundçen yer alıb. Cütlüyün illik gəliri 80 milyon dollardır. Dünyanın ən çox qazanan modeli olan Gizelanın həyat yoldaşı ötən il "New England Patriots" ilə 30 milyon dollar dəyərində müqavilə bağlayıb.

Hollivud ulduzu Ancelina Coli və Bred Pitt 50 milyon dollar gəliri ilə üçüncü sıradadır.

Siyahıda dördüncü yerdə 35 milyon dollar qazancı ilə Mila Kunis və Eşton Kaççer qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31