Nadir Qafarzadə arıqlamaq istəyir

Azərbaycanlı müğənni Nadir Qafarzadə görkəmindən danışıb. O, yayda istirahət edən zaman yediyi yeməklərdən kökəldiyini deyib. Bu haqda SİA-ya açıqlama verən Nadir hazırda arıqlamağa cəhd etdiyini söyləyib: "Bu il İstanbulda, Antalyada istirahət etdim. Orada olduğum müddət ərzində çox yeyirdim. Ona görə də xeyli kilo aldım. Hazırda isə çalışıram ki, həmin aldığım kilolardan azad olum və əvvəlki çəkimə qayıdım. Çünki kök olmaq insanın səhhətində ciddi problem yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31