Mədəniyyət Mərkəzi Seçki təşviqatına başladı

27 avqust tarixli seminar-müşavirədə klub işçiləri qarşıda gələn Prezident seçkisini geniş müzakirə etmişdilər. Çıxışlarda hazırkı ölkə başçısı cənab İlham Əliyevin son on il ərzində görmüş olduğu mühüm işlər və bu iş­lə­rin ölkə həyatında mühüm əhəmiyyətini qeyd edilmişdi. İlham Əliyevin alter­nati­vi­nin olmadığını xüsusi ilə vurğulayan klub işçiləri seçki günü yekdilliklə ona səs ve­rə­cəklərini qərara almışdılar. Müşüvirədə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mər­kə­zi­nin rəhbərliyi klub işçilərinin bu qərarını cəmiyyətə çatdırmaq, həm də seçki ak­tiv­liyinə nail olmaqdan ötrü  Lənkəranın bir sıra böyük kəndlərində "Azad, ədalətli və demokratik seçki uğrunda!" devizi  altında konsertlər verilməsini təklif etmişdi. Lən­kəranın Türkəkəran, Liman, Ləj, Aşağı Nüvədi, Şağlaser, Girdəni ya­şayış mən­tə­qələrində, o cümlədən də Mədəniyyət Mərkəzinin özündə təklif edilən deviz al­tın­da böyük konsertlər verilməsi qərara alınmışdı. Artıq 4 kənddə bu konsertlər böyük uğurla həyata keçirilmişdir. Birinci olaraq Şürük kəndində keçirilən konsertdə Türkəkəran kənd Folklor evinə yaxın klubların iştirakı ilə yaradılmış Filial Birli­yi­nin üzvləri öz proqram nömrələri ilə çıxış etmişlər. Liman şəhərində, Ləj  və Aşağı Nüvədi kəndlərində  keçirilən konsertlərdə də Mədəniyyət Mərkəzinin Filial Bir­lik­ləri aktiv iştirak etmiş və maraqlı musiqi nömrələri ilə tamaşaçıların diqqətini cəlb etmişlər. Konsertlər zamanı yerli veteranlar, ağ­saq­qallar, gənclər, məktəb müəllimləri, ərazi icra nümayəndələri, bələdiyyə üzvləri çıxış etmiş, qarşıdan  gələn prezident seçkisində cənab İlham Əliyevin na­mizəd­liyinə səs verəcəklərini bildirmişlər. Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə bu konsertlərin  məqsəd və məramını açıqlayan fikirlər söyləmiş, hamını 09 oktyabr tarixində seçki məntəqələrinə getməyə və ölkə başçısı, cənab İlham Əliyevə səs verməyə çağırmışdır.

Mədəniyyət Mərkəzinin təşviqat xarakterli konsertləri digər kəndlərdə də davam etdiriləcəkdir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31