Məşhur cütlüyün ayrılma səbəbi məlum oldu
Mustafa–Emina Sandal bu aralar məcburi ayrılıq yaşayır
20 Sentyabr 2013 19:42 MədəniyyətSənət dünyasının örnək cütlüyü Mustafa-Emina Sandal bu aralar məcburi ayrılıq yaşayır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunun səbəbi Emina Sandalın Serbiyaya getməsidir. Ölkəsinin ən məşhur sənətçilərindən olan Emina Sandal Serbiyada başlayan istedad yarışması "X Factor"da münsiflər üzvüdür.
Bu səbəblə müğənni İstanbuldan ayrı olduğu müddətdə uşaqların qayğısına qalmaq vəzifəsi Mustafa Sandala düşüb. Bu yaxınlarda yarışmanın ilk çəkilişləri olarkən, uşaqlar Mustafa Sandal ilə İstanbulda olub. "Mustafanın Türkiyədə qalması lazım idi. Yerinə yetirməli olduğu işəri vardı", - deyə Emina Sandal bu ayrılığa aydınlıq gətirib.
Qeyd edək ki, Sandal ailəsi kimi iş səbəbiylə ayrı qalan bir başqa cütlük də, Tolga Karel-Günay Musayevadır. Musayeva Rusiyanın paytaxtı Moskvada çəkilən bir serialın heyətinə daxil olub.