Madonna gizli layihəsini açıqladı

Bir neçə aydır ki, Madonna "sirli layihə"sindən promo-kadrlar paylaşır, lakin onun nə olduğunu gizlədirdi. Publika.Az-ın məlumatına görə, müğənni sirli layihəni açıqlayıb. Məlum olub ki, bu onun fotoqraf Stiven Klyanla çəkdiyi 17 dəqiqəlik filmdir. Film gələn həftədən yayımlanacaq. Madonnanın sözlərinə görə, Vice Media ilə müştərək çəkilmiş film dünya ölkələrində söz azadlığına yönəlib.

Onunla birlikdə həm də Art for Freedom internet xidməti də işə başlayacaq. Burada istifadəçilər şəxsi videolarını, musiqilərini, şerlərini və fotolarını paylaşacaqlar. Lakin hər şey yalnız bir mövzuda- söz azadlığı mövzusunda olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31