Turizm İnstitutunun tələbələri xarici ölkələrdə istehsalat təcrübəsini uğurla başa vurub

Azərbaycan Turizm İnstitutunda təhsilin təcrübə ilə əlaqələndirilməsinə mühüm önəm verilməklə bərabər, böyük qayğı da göstərilir. Dünyanın nüfuzlu turizm müəssisələri şəbəkəsinin əsas söz sahibləri, müvafiq qurum rəhbərləri ilə faydalı əlaqələrin inkişafı institut tələbələrinin keyfiyyətli və hazırlıqlı kadr kimi yetişməsinə təkan verir. ATİ-nin mətbuat xidmətindən aldığımız məlumata görə 2007-ci ildən 2013-cü ilə kimi institut tələbələrindən 60 nəfər Türkiyədə, 69 nəfər İsraildə, 2008-cü ildən 2013-cü ilə kimi 54 nəfər Şimali Kipr Türk Cümhuriyətində, 30 nəfər isə Yunanıstanda təcrübədə olub. Ölkəmizdə isə bu müddətdə 780 nəfər istehsalat təcrübəsini uğurla başa vurub. ATİ-nin Tədris işləri üzrə prorektoru Eldar Aslanov Türkiyədə və İsraildə təcrübə keçən tələbələrlə görüşü zamanı dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları və ATİ-nin üzərinə düşən başlıca vəzifələrdən söz açıb. Türkiyə və Isarildə təcrübə keçən tələbələrin söhbət əsnasında vacib bildikləri təkliflərinin nəzərə alınacağını bildirib. İnstitut tələbələrindən bir neçəsinin bu ölkələrin nüfuzlu otellərində işləmək təklifi aldıqlarından sevindiyini bildirməklə yanaşı onlara uğurlu təhsil və karyera arzulayıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31