Rihanna gözəlliyinin sirrini açıqladı

Müğənni hər səhər isti suya bir neçə damcı limon sıxıb içdiyini bildirib

Qidalanmasına xüsusi diqqət göstərən dünyaca məşhur müğənni Rihanna gözəl bədən quruluşuna sahib olmağın sirlərindən danışıb. ANS PRESS-in verdiyi məlumata görə, o, hər zaman karbohidratdan uzaq durduğunu deyib: "Adətən çalışıram ki, 3 saatdan bir az da olsa nəsə yeyim, ancaq elə zamanlar olur ki, gündə 2 və ya 1 dəfə qidalana bilirəm. Bunun da səbəbi işlərimin çox olmasıdır". Hər səhər isti suya bir neçə damcı limon sıxıb içdiyini deyən Rihanna səhər yeməyində yumurta ağı və ananas, günorta və axşam yeməyində isə balığa üstünlük verdiyini söyləyib. Yaşıl bitkilərə nifrət etdiyini deyən müğənni xüsusi bir məqamı da vurğulamağı unutmayıb:
"Bunların vücuduma nə qədər xeyirli olduğunu bilirəm və yemək üçün özümü məcbur edirəm."
Estetik əməliyyat keçirmədiyini deyən Rihanna gələcəkdə belə bir addım ata biləcəyini söyləyib: "Gələcəkdə sinə əməliyyatı keçirə bilərəm. Amma növbəti 20-25 il ərzində belə bir fikrim yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31