Məşhur müğənni “İlin qadını” seçildi
20 Sentyabr 2013 19:40 MədəniyyətAmerikanın sevilən ulduzlarından olan Pink "İlin qadını" adına layiq görülüb.
AZADİNFORM xəbər verir ki, "Bilboard" jurnalının bu seçimi bir çoxlarının təəccübünə səbəb olub. Müğənni özü də "İlin qadını" titulunun onun üçün gözlənilməz olduğunu deyib. Jurnalın direktoru Bill Uerdi isə 2013-cü il ərzində Pinkin albomunun ən çox satıldığını və bu səbəbdən qadınlar arasında birincilik əldə etdiyini söyləyib.
Xatırladaq ki, Pinkdən əvvəl Keti Perri, Teylor Svift və Beyons da bu ada layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31