Onlar qoca deyil!
21 Sentyabr 2013 03:22 MədəniyyətƏn şık yaşlı qadınlar (sırayla): Sue, Daphne, Lady Trumpington, Jean, Gillian, Bridget.
Jean:
"Yaşıma görə qeyri-adi biri olduğumu düşünürəm.Gənclərin olduğu qruplara daxil oluram və partilərə qatılaraq macəralara atılıram".
Jean 5 il əvvəl GAP mağazasında işə başlayıb və mağazanın ən yaşlı personalı olub.
Bridget:
"Stil, böyüdükcə daha da diqqətə çarpır. Kim olduğumu və necə görünmək istədiyimi başa düşmək mövzusunda etdiklərim hər zaman əyləncəli olub. Bunun gənc görünməklə əlaqəsi yoxdur".
Gillian:
"Qocalma prosesinin çətinliklərinə boyun əyməməliyik, onunla mübarizə aparmalıyıq".
Gillian rəqs müəlliməsidir və hər gün 2 saat məşq etməklə formda qalır. Mini yubka geyinməyi çox sevir.
Lady Trumpington:
"Özünüzə diqqət etmədiyiniz an qocalmağa başlayırsınız.
Daphne 85 yaşlı bir modeldir. 70 yaşında özünü yenidən kəşf edən bir qadın bir agentliyə qatılıb və dünyanın hər yerini gəzir.
Daphne:
"Hazırda 85 yaşım var amma bir an olsun belə dayanacağımı düşünmürəm".
Sue:
"Ruhdan düşmək istəmirəm. Buna görə məqsədimə uyğun bir həyat davam etdirirəm". publika.az