Qalmaqallı aparıcı efirə qayıdır

Amma bu dəfə yeni obrazda

Uzun müddət ATV-də fəaliyyət göstərən, qalmaqallı "Canlı səs" verilişi ilə reytinqləri alt-üst edən Mirsalam Mirsalamov efirə qayıdır. O indi tamaşaçılarını hər səhər Space tv-nin efirindən salamlayacaq. Hər gün saat 08:00-da Mirsalam "Hər səhər" adlı proqramı ilə düz 2 saat sevənləri ilə görüşəcək. Veriliş ərzində müxtəlif qonaqlarla yanaşı tamaşaçılarla canlı bağlantılar, kliplərin interaktiv nümayişi, həkim məsləhətləri və maraqlı mövzuların müzakirəsi hər kəsi pozitiv ovqata kökləyəcək. İlk efir günü sentyabrın 23-nə təsadüf edən Mirsalam özü isə yeni layihəsini belə şərh etdi:

"Mən tv-yə işçi kimi qayıtmıram. Sadəcə, artıq həyatımın böyük bir hissəsinə çevrilmiş televiziya sevgimi 2 saatlıq vaxt ərzində tamaşaçılarımla bölüşəcəyəm və öz restoran biznesimdən ayrılmayacağam" - deyə, aparıcı bildirdi.

Xatırladaq ki, hazırda Mirsalam "Meridian" istirahət mərkəzinin baş direktoru kimi fəaliyyət göstərir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31