Xorvatiya "Eurovision"dan imtina etdi
20 Sentyabr 2013 13:15 MədəniyyətXorvatiya Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinə qatılmayacağını açıqlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Xorvatiyanın rəsmi dövlət televiziyası HRT-dən verilən yazılı açıqlamada bildirilib ki, iqtisadi böhran və bundan əvvəlki illərdəki uğursuzluqlar səbəbindən ölkə gələn il keçiriləcək mahnı müsabiqəsinə qatılmayacaq.
Xorvatiya müsabiqəyə qatılmasa da, finalı canlı olaraq yayımlayacaqlarını bildirib.
Qeyd edək ki, gələn ilki müsabiqənin yarımfinalları mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31