III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı mətbuat konfransı
19 Sentyabr 2013 17:11 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sentyabrın 23 - 25 Bakıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Tədbirlə əlaqədar 20 sentyabr 2013-cü il, saat 11:15-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31