Şəhriyar İranda anıldı VIDEO
Şairin doğum günü "Milli şeir günü" kimi qeyd edilir
18 Sentyabr 2013 19:08 Mədəniyyət
Dahi azərbaycanlı şair Məhəmməd Hüseyn Şəhriyarın bu gün anım günüdür. İranda şairin xatirəsinə həsr olunmuş "Milli şeir günü" keçirilir. Bu münasibətlə Tehran İncəsənət Evində Şəhriyarın xatirəsinə həsr olunmuş konfrans da keçirildi. Mərasimi Şəhriyar Fondu təşkil etmişdi. Şəhriyarşünaslar bildirdilər ki, dahi şair həm fars, həm də Azərbaycan poeziyasının misilsiz və rəqibsiz yaradıcılarından biridir.
Tədbirdə Şəhriyarın oğlu Hadi Behjət Təbrizi də iştirak edib. "Xalqının Şəhriyarı necə sevdiyini, ürəklərdə necə yaşatdıqlarını görüb sevinirəm. Ustad Şəhriyar övladlarına yaxın dostlarının adlarını qoyub. Bu təsadüfi deyil. O, dostlara böyük əhəmiyyət vermişdi və belə dostların onu yad etməsi xoşbəxtlikdir".
Şəhriyarın dostları və şagirdləri çıxış edərək şairin şeirlərini səsləndirdilər. Bu şeirlərə bəstələnən musiqilər ifa olundu. Mərasimin sonunda Şəhriyarın "Heydər babaya salam" əsərinin yeni tərcüməsi qonaqlara təqdim olunub.
Onu da qeyd edək ki, fars dilində nəşr olunan kitab nəfis şəkildə tərtib olunub.