“Piyli deyiləm ki, hər yerimi gizlədim”
19 Sentyabr 2013 01:26 MədəniyyətGənc müğənni Günay İbrahimli mənfi və müsbət xüsusiyyətlərindən danışıb. "Qafqazinfo"ya açıqlamasında müğənni çox sadəlövh olduğunu bildirib:
"Bəyəndiyim xüsusiyyətlərimi desəm, doğru olmaz, gərək bunu kənardakılar açıqlasın. Bəyənmədiyim xüsusiyyətim isə çox sadəlövh olmağım və hər kəsə inanmağımdır. Hər kəsi özüm kimi bilirəm. Düşünürəm ki, qarşımdakı nə deyirsə, düz deyir Həyatda necə insanamsa, efirdə də eləyəm. Hamıya arzulayıram ki, efirdə həyatda olduqları kimi olsunlar, tamaşaçı onları elə də qəbul edəcək. Sakit insanam, heç kimlə işim yoxdur, qalmaqalı sevmirəm. İstəyirəm insanlar məni gördüyüm işlərlə tanısılar".
Müğənni daha sonra konsertdə geyindiyi geyimlərlə bağlı gəzən söz-söhbətlərə son qoymaq istədiyini bildirib:
"Geyim insanın əxlaqını göstərmir. Mən gündəlik həyatımda, toylara , məclislərə gedəndə normal geyinirəm. İlk dəfə konsertimdə açıq paltar geyindim. Bu da çox söz-söhbət yaratdı. Düşünmürəm ki, geyimim açıq-saçıq idi, mahnıma, səhnəmə uyğun idi. Tamaşaçı bizi izləyir, onların zövqünü oxşamaq lazımdır. Mən kök, piyli deyiləm ki, hər yerimi gizlədim, bu geyimləri geyinə bilmək üçün neçə kilo arıqlamışam".