O məşhurluqdan bezib
18 Sentyabr 2013 20:15 MədəniyyətRobert Pattinsonun fanatları onu bezdiriblər. Publika.Az-ın məlumatına görə, Robert Sunday Style jurnalına verdiyi müsahibəsində bezdiyini deyib: "Mən sadəcə bilmirdim ki, belə olacaq. Belə məşhurluq istəmirdim. Əslində mənim şöhrətim tam təsadüf və uğurdur. Mən işdən işə keçərkən şöhrət göydən düşən kimi düşdü. Düzünü desəm, bu məşhurluqda ağlını qoruyub saxlamaq çətindir". Robert qırmızı xalça üstünə çıxmaqdan qəzəbləndiyini də deyib.
"Əvvəlcə həyatımdakı dəyişikliyi anlamadım. Çünki daim işləyirdim. Sonra şöhrətə alışdım. Amma hər dəfə qırmızı xalça üzərinə çıxanda qəzəblənirəm. Ən maraqlısı odur ki, qəzəbim avtomobilin qapısı açılıb, publikaya çıxanda keçir. Həmin vaxta qədər Halk kimi oluram, sonra sakitləşirəm".
Robert özünü yaraşıqlı hesab etmədiyini deyərək əlavə edib ki, idman zallarına getməkdənsə içki içməyi üstün tutur.