Britni Spirs kazinoda işləyəcək

Britni Spirt iki il müddətinə şou-biznesi tərk edir. Publika.Az-ın məlumatına görə, müğənni Las-Veqasda yerli kazinolardan birində çalışacaq.
Müğənniyə Sin City otel rəhbərliyi rekord məbləğ təklif edib. Belə ki, 31 yaşlı Britni ildə 48 çıxışı üçün 15 milyon dollar alacaq. Beləcə bir şou Spirsə 310 min dollar gəlir gətirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31