Nadir Qafarzadə türkü oxudu VIDEO

Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadədən yeni xəbər var."OLAYLAR"ın məlumatına görə, ifaçı sentyabrın 13-də Yaşıl Teatrda verdiyi solo konsertində eksklüziv ifa etdiyi qədim türk mahnısı olan "Nasıl geçti habersiz"i yeni aranjımanda yazdıraraq, repertuarına daxil edib. Nadir Qafarzadənin pərəstişkarları kompozisiyaya yeni nəfəs qatan müğənninin bu ifasını bu gündən etibarən Youtube sosial şəbəkəsi vasitəsi ilə də dinləyə bilərlər. İfaçı bu haqda fikirlərini bölüşərkən "Nasıl geçti habersiz" mahnısının onun ifasında daha da seviləcəyinə əmin olduğunu deyib. Qeyd edək ki, "Nasıl geçti habersiz" adlı qədim türk mahnısını Türkiyənin bir çox tanınmış sənətçilərinin Belkis Özener, Emel Sayın, Zeki Müren, Muazzez Ersoy, Hakan Pekər və başqaları ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31