"Muhteşem yüzyıl": son başlanır...

Türkiyənin ən populyar serialı, üç mövsümdən bəri reytinq rekordları qıran "Muhteşem yüzyıl" serialının yeni mövsümü bu axşam başlanır. Milli.Az AHT-yə istinadən bildirir ki, serialda Hürrəm Sultan rolunu oynayan aktrisa Meryem Üzerlinin "Muhteşem yüzyıl"dan ayrılmasından sonra onun yerinə çəkilməyə başlayan Vahide Perçin tənqid olunsa da, Qanuni Sultan Süleymanın xanımının rolunu yaxşı oynadığını bildirir. Son mövsümü olan "Muhteşem yüzyıl"da Halit Ergenç, Nur Fettahoğlu, Mehmet Günsur, Tuncel Kurtiz və Ozan Güvenə bu mövsüm Aras Bulut İynemli, Merve Boluğur, Engin Öztürk, Meltem Cumbul, Berrak Tüzünataç və Sarp Akkaya kimi aktyorlar qatılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31