Google bu gününü Azərbaycan həsr etdi
18 Sentyabr 2013 12:15 MədəniyyətGoogle axtarış portalı bu gün Azərbaycanda Milli Musiqi günü olması münasibəti ilə loqosunu dəyişib. Loqoda Azərbaycanın qədim milli geyimləri, musiqi notları əksini tapıb. Qeyd edək ki, bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdü. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsası maestro Niyazi tərəfindən qoyulub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə mərhum Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. ( "OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31